İsrailin Türkiyəyə təyin edilən səfirinin adı açıqlanıb -Təcrübəli diplomat Irit Lillian Ankarada səfir olacaq

  • By admin
  • 20 Sentyabr 2022 11:58

İsrailin Türkiyədəki yeni səfirinin adı açıqlanıb.

Gununsesi.info “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, rəsmi Təl-Əviv təcrübəli diplomat Irit Lillianı Türkiyəyə səfir təyin edib.

İsrail Xarici İşlər Nazirliyindən verilən rəsmi açıqlamada deyilir: “Irit Lillianın İsrailin Türkiyədəki səfiri vəzifəsinə təyin edilib”.

Türkiyə mətbuatında yayılan geniş məlumat görə, 1986-cı ildən diplomatik fəaliyyətə başlayan Irit Lillian 2019-cu ildən İsrailin Türkiyədəki Səfirliyində müvəqqəti işlər vəkili vəzifəsində çalışırdı. O, hərbi xidmət keçdiyi illərdə İsrail Silahlı Qüvvələrinin radiosuna rəhbərlik edib. İsrail universitetlərində bakalavr və magistr üzrə təhsil alıb.

Məlumat üçün bildirək ki, on üç illik fasilədən sonra İsrail Prezidenti İshaq Hersoq cari il martın 9-da Türkiyəyə ikigünlük səfərə gəlib.

Bu, Türkiyə-İsrail münasibətlərinin normallaşması istiqamətində atılan ən mühüm siyasi və diplomatik addımdır. Səfərdən sonra bütün sahələr üzrə geniş potensiala malik olan iki ölkə arasında münasibətlərin inkişafı qarşılıqlı faydalı vədlərlə xarakterizə olunub. Sonrakı aylarda normallaşma prosesi fasiləsiz və davamlı xarakter daşıyıb.

A.Sayyad
Gununsesi.info