İsrailin və İranın Azərbaycandakı səfirləri “atışdı”

  • By admin
  • 23 May 2021 20:28

İsrailin Azərbaycandakı səfiri Corc Dik İranı terroru maliyyələşdirilən bir nömrəli dövlət adlandırıb.

Daha sonra o “Münaqişədən minlərlə kilometr uzaqda olduğumuzu düşünə bilərik. Lakin bu belə deyil. Əslində, biz ona yaxınıq” – deyə bildirib. Öz növbəsində İranın Azərbaycana yeni təyin olunan səfiri Abbas Musavi ona bu cür cavab verib: “Eşitdim özünü məzlum göstərməklə qardaş evində qardaşı pisləmisən və yalan danışmısan. Yəqin ki, hələ İranın və Azərbaycanın qeyrətindən və təəssübkeşliyindən məlumatsızsan. Bil ki, biz ətlə dırnaq kimi vahid və ayrılmazıq, irin və çirkin dırnağın altında yuva qurmasına icazə vermərik”!

Taryel İbrahimov
Gununsesi.info