Bu gün Yerusəlimdə Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimi keçirilib.
Gununsesi.info xəbər verir ki, mərasimdə çıxış edən İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycan və İsrail İranın təhdid olması ilə bağlı eyni anlayışı paylaşmalı olduğunu deyib: “İran terroru maliyyələşdirir, regionda qeyri stabillik yaradır. Bütün regiona İran təhdiddir. İranın nüvə imkanlarının qarşısını almaq üçün birgə hərəkət etməliyik”.
Ancaq öz növbəsində isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxışında ümumiyyətlə, İran məsələsinə toxunmayıb.
“Azərbaycan regionda və Yaxın Şərqdə sülhü, stabilliyi və dialoqu dəstəkləyir və bu istiqamətdə töhvə verməyə hazırdır” deyən nazir sadəcə olaraq, İsrail və Azərbaycan arasında müdafiə və təhlükəsizlik sahəsində uğurlu əməkdaşlığı xatırladıb.
Şəbnəm
Gununsesi.info