İsrailin yeni silahları heyrətə gətirdi: “Qızıl qartal” PUA-sı və daha nələr…

Rusiya ehtiyat edir ki, bir çox Avropa ölkələri və ABŞ İsrailin müasir silahlarını alıb Ukraynaya verərək, hərbi əməliyyatlarda onlara qarşı yönəldə bilər.

Parisdə açılan Eurosatory müdafiə sərgisində öz hərbi məhsullarının geniş çeşidini təqdim edən ölkələrdən biri də İsraildir. İsrail sərgidə bir çox müasir silahlarının nümayiş etdirir. Rusiya ehtiyat edir ki, bir çox Avropa ölkələri və ABŞ İsrailin müasir silahlarını alıb Ukraynaya verərək, hərbi əməliyyatlarda onlara qarşı yönəldə bilər.

General-leytenant Yuri Jdanov bu narahatçılığını mk.ru ilə bölüşüb və bir çox maraqlı iddialar irəli sürüb. “İsraildə üç böyük müdafiə müəssisəsi var: “Rafael Advanced Defence Systems”, “Israel Aerospace Industries” və “Elbit Systems”. Etiraf etmək lazımdır ki, İsrail ənənəvi olaraq çox yaxşı silahlara malikdir. Bu, məşhur “Uzi” avtomatı, avtomatik tüfəng “Galil”dir. “Merkava” tankı ən azı “Leopard-2”, Amerikanın “Abrams”ı qədər yaxşıdır. “Kfir” qırıcısı “Phantoms”, “Mirages” və hətta bizim “MiQ”-lərimizdən heç də geri qalmır.

HTML tutorial

İyun ayında “Rafael Advanced Defence Systems” şirkəti 6-cı nəsil “Spike NLOS” yüksək dəqiqlikli raketini bazara çıxardı. Bu şirkətin istehsalları 39 ölkədə istifadə olunur. Avropada bu silahlar “Eurospike” adı ilə satılır. Bu raketlərin son versiyası təkmilləşdirilmiş uçuş məsafəsinə (50 km-ə qədər) malikdir, dörd raketdən ibarət zərbə ilə buraxıla və üstəlik, vertolyot kimi düşmən hədəfinin yerini operatorlara ötürülə bilər. İsrail kiçik bölmələrə uzaq və ya gizli hədəfləri vurmağa imkan verən bütöv bir texnoloji paket-NLOS Mission Taskforce və ya qısa olaraq NMT təqdim edir. İsrailin yenilənmiş arsenalında “Spyder” hava hücumundan müdafiə sistemi və “Dəmir Günbəz”in daha mobil versiyası olan “I-Dome” sistemləri də var. Şirkət Ukraynadakı hərbi münaqişəni təhlil etdiklərinə açıq işarə edərək “Dəmir Günbəz”in daha asanlıqla yerləşdirilən və daşınan belə müasir variantına ehtiyac olacağını bəyan edib ki, “İ-Dome” elə o xarakteristikaya malikdir. İsrail hərbi sənayesi bütün dünyanı öz silahları ilə təhciz etmək imkan verir”.

Mütəxəsssis deyib ki, İsrail silahları çox etibarlı, yüksək keyfiyyətli, son texnologiyadan istifadə olunmaqla ərsəyə gəlir və bu səbəbdən qiymətləri də bahadır:

“İndi Avropanın silah bazarında qıtlıq var və hətta öz qiymətlərini diktə edə bilərsən – onsuz da alacaqlar. İsrailin müdafiə sənayesi rəhbərləri etiraf edirlər ki, Ukraynadakı davam edən münaqişə bu ölkənin müdafiə sənayesinə diqqəti daha da artırıb. Təqdim olunan digər yeni texnologiyalar arasında pilotsuz sistemlər də xüsusi diqət çəkir. Məsələn, “Steadicopter” şirkəti “dünyanın ilk dəqiq vuran pilotsuz helikopteri” olduğunu bildirdiyi yeni “Qızıl qartalı”təqdim edir. “Robotican” şirkəti daxili və yeraltı tunelləri skan etmək üçün hibrid robot dron olan “Rooster”i təqdim edir. Şirkət həmçinin “Goshawk” adlı pilotsuz uçan aparat istehsal edir. Nəzərinizə çatdırım ki, bəzi döyüş pilotsuz uçan aparatları da İsrail lisenziyası ilə Rusiyada istehsal olunur”.

Bu silahların Ukrayna ordusunun əlinə keçə bilməsi ilə bağlı suala cavab da maraqlıdır:

“İsrailin müvafiq qurumları və müdafiə şirkətləri bu xəbərləri şərh etməkdən imtina ediblər. Amma İsrail alınan sistemlərin harada və necə istifadə edildiyini diqqətlə izləyir. İsrail öz neytrallığını nümayiş etdirməkdə maraqlıdır”. Rusiyalı general iddia edeib ki, Mariupolda əsir götürülən arasında 21 İsrail təlimatçısı da olub. “Onların Ukrayna hərbçilərinə havadan kəşfiyyat, “Starlink” peyk sistemlərindən istifadə, hətta şəhərdə təxribat əməliyyatları üzrə təlim keçdikləri iddia edilirdi. Amma guya onlar özləri döyüşlərdə iştirak etməyiblər. İsrail hökumətinin tələbi ilə onların sərbəst buraxıldığı bildirilir. Buna cavab olaraq israillilər Ukrayna ilə hərbi əməkdaşlığı minimuma endirməyə söz veriblər. Bununla belə, İsrail istəsə, bütün hərbi yeniliklərini həmin ABŞ-a satacaq, sonra isə onları Lend-Lease sistemi ilə Ukraynaya daşıyacaq”.

Gununsesi.info