
İsrail və Fransa arasında gərginlik yaranıb.
Gununsesi.info İsrail dövlət radiosuna istinadla xəbər verir ki, buna Fransa prezidenti Emmanuel Makronun İsrailin Fələstinə zərbələrinin heç bir əsası olmadığını bildirməsi səbəb olub.
“Əslində, bu gün dinc sakinlər bombalanır. Faktiki olaraq, bu belədir. Uşaqlar, qadınlar, qocalar bombalanır və öldürülür. Bunun heç bir əsası və legitimliyi yoxdur. Ona görə də biz İsraili dayanmağa çağırırıq”.
İsrailin baş nazir Binyamin Netanyahu isə Makrona cavab verərək bildirib ki, “mülki əhaliyə dəyən hər hansı zərərə görə məsuliyyəti İsrailə deyil, HƏMAS-DAEŞ daşıyır. Dünya liderləri İsraili deyil, HƏMAS-ı qınamalıdır”.
Gununsesi.info