
HƏMAS-la və İsrail hakimiyyəti Qəzza zolağında üç günlük atəşkəsə razılaşıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Telekanlın məlumatına görə, “münaqişə tərəfləri arasında razılaşma Qəzzada üç günlük atəşkəs daxildir”. Həmçinin qeyd edilir ki, İsrail tərəfi Fələstin anklavına “BMT-nin nəzarətində olan məhdud miqdarda yanacaq” nəqlini təsdiqləyib.
Bir müddət əvvəl telekanal HƏMAS-la İsrailin Qəzzada Həmas tərəfindən girov saxladığı 50 qadını İsrail həbsxanalarında saxlanılan 50 fələstinli qadın və yeniyetmə ilə dəyişmək barədə razılığa gəldiyini bildirmişdi.
Telekanal bu müqavilələrin qüvvəyə minmə tarixini açıqlamayıb.
Gununsesi.info