Fələstin lideri Mahmud Abbas Donald Trampın dəvətini qəbul etdiyini və İsraillə sülh sazişini imzalamağa hazır olduğunu bəyan edib.
Gununsesi.info “rian.ru”-ya istinadən xbər verir ki, belə bir bəyantla Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas Brüsseldə Fredriko Moqerini ilə görüşdən sonra çıxış edib.
M.Abbas ABŞ prezidenti Donald Trampın qəbul etdiyini və Vaşinqtona səfər etməyə hazır olduğunu bəyan edib.
O, eyni zamanda deyib ki, İsraillə sülh sazişi imzalamağa da hazırdır.
Qeyd edək ki, M. Abbasla D. Tramp arasında telefon danışığı martıın 10-da olub. Telefon danışığı zamanı Tramp deyib ki, Yaxın Şərq münaqişələrinin həllinin zamanı yetişib və buna görə də M. Abbası Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı Ağ Evə dəvət edib.
“Bizim çoxsaylı görüşlərimiz olub. Avropa İttifaqı və ABŞ-la məsləhətləşmələri davam etdiririk ki, bunlar müsbət nəticə ilə yekunlaşsın. Mən Trampla telefon danışığımda da dedim ki, biz sülh sazişinə hazırıq və bu məqsədlə görüşümüz də olacaq. Mən onun Ağ Evə dəvətini qəbul etmişəm və Vaşinqtona səfər edəcəyəm”- deyə, M. Abbas bildirib.
Mürtəza
Gununsesi.info