İsraillə Türkiyə arasında yeni diplomatik QALMAQAL

  • By admin
  • 09 May 2017 21:55

israilturkiye-300x166

 

İsrail Xarici İşlər Nazirliyi Türkiyənin bu ölkədəki səfiri Kemal Okemdən izahat tələb edib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyip Ərdoğanın İsrailin Qüdsü işğal etməsi barədə sözləri ciddi diplomatik qalmaqal yaradıb.

Ərdoğan Qüdsün işğal altındakı olmasına görə müsəlmanlar üçün müqəddəs Əl-Əqsa məscidini müsəlmanların müntəzəm ziyarət etməli olduğunu demişdi.

“Öz ölkəsində söz azadlığını pozan kəslər regionun yeganə demokratiyasına dərs keçməməlidir” – deyə Nazirliyin rəsmisi Emmanuel Naçson deyib.

 

 

Gununsesi.info