İsraillə birgə Avropaya qaz göndərilməsi… – ƏRDOĞAN

  • By admin
  • 29 May 2022 17:06

Ankara və Təl-Əviv qazın Şərqi Aralıq dənizindən Türkiyə vasitəsilə Avropaya çatdırılması ilə bağlı danışıqlar aparacaq.

Gununsesi.info  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bununla bağlı enerji və təbii sərvətlər nazirimizin İsrail rəsmiləri ilə müzakirələri olacaq. İsrail tərəfi hazır olduqlarını deyir və biz bu çərçivədə işimizi davam etdirəcəyik”, – Ərdoğan bildirib.

Gununsesi.info