İsrailli həkimlər Şəkidə pulsuz tibbi müayinə aparıb

  • By admin
  • 17 Sentyabr 2016 19:31

9918ca98371a661fc82ed8dcb241893e

 

İsrailli həkimlər Şəkidə müxtəlif xəstəliklərin erkən diaqnostikası məqsədilə pulsuz  tibbi müayinə aparıb.

HTML tutorial

Gununsesi.info-nun Şəki-Zaqatala bürosunun məlumatına görə, pulsuz tibbi müayinə Heydər Əliyev fondunun təşəbbüsü ilə Şəki Rayon Mərkəzi Xəstəxanasında (RMX) İsrailin Hayfa şəhərindəki “Xorev”  Tibb  Mərkəzinin  baş həkimi Roman Barakın başçılıq etdiyi və Torakal Cərrahiyə İnstitutunun yeddi nəfərlik həkim briqadası tərəfindən aparılıb.

Müayinədən öncə Azərbaycan və İsrail mütəxəssisləri  qarşılıqlı təcrübə mübadiləsi aparıblar. İsrail həkimlərinin iştirakı ilə keçirilən elmi konfransda iki ölkənin alimləri onkoloji xəstəliklərin erkən və dəqiq diaqnostikası mövzusunda məruzə ilə çıxış edib, yeni texnologiyaların tədbiqi ilə bağlı təkliflər irəli sürüblər. Tərəflər tibb sahəsində əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edərək, gələcəkdə də bu cür görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Daha sonra  mütəxəssislər qadınlarda süd vəzi xəstəlikləri, ginekologiya, onkologiya, dermatologiya, endokrinologiya, nervopotologiya və terapevtik sahələr üzrə müayinələr keçirib. Müayinə zamanı 300-dən artıq  xəstəyə baxış keçirilib və onlar müvafiq təyinat alıb.

Qeyd edək ki, buna qədər İsrailli həkimlər Heydər Əliyev fondunun təşəbbüsü ilə Bakı, Gəncə, Mingəçevir şəhərlərində və Yevlax rayonunda pulsuz müayinələr keçirib.

 

 

Gununsesi.info