İsrailli ifrat sağçıdan yeni qanun layihəsi

  • By Admin2
  • 19 Mart 2025 10:08

İsraildə ifrat sağçı Dini Sionizm Partiyasından olan parlament üzvlərinin azadlığa çıxan hər israilli məhbus üçün yalnız bir fələstinli məhbusun azad edilməsini tələb edən qanun layihəsi təqdim etdikləri bildirilir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kanal 12 televiziyasının məlumatına görə, ifrat sağçı dini sionist deputatlar bir israilli məhbus müqabilində birdən çox fələstinli məhbusun azadlığa buraxılmasını qadağan edən qanun layihəsini parlamentə təqdim ediblər.

Qanun layihəsində həmçinin fələstinli məhbusların israilli məhbusların dəfn mərasimlərinə buraxılmasına icazə verilməməsi də nəzərdə tutulur.

İfrat sağçı dini sionist millət vəkili Ohad Talın sözlərinə görə, onun İsrail parlamentinə təqdim etdiyi qanun layihəsi Təl-Əviv administrasiyasının pozduğu Qəzzada atəşkəs və məhbus mübadiləsi sazişi ilə bağlı deyil.

Xəbərdə israilli məhbusların ailələrinin qanun layihəsinə qəti şəkildə etiraz etdiyi bildirilib.

Orxan

Gununsesi.info