HƏMAS-ın İsrailin işğal etdiyi ərazilərdə insan haqlarını pozmasına cavab olaraq oktyabrın 7-də Əl-Əqsa tufanı əməliyyatına başlamasından iki ay keçir. O vaxtdan bəri İsrail ordusunun Qəzza zolağına intensiv havadan və qurudan hücumları davam edir.
Gununsesi.info bildirir ki, noyabrın 24-də humanitar atəşkəs çərçivəsində 81 israilli məhbus, həmçinin İsrail həbsxanalarında saxlanılan 240 fələstinli azad edilib. Hər iki tərəfdən sərbəst buraxılanların açıqlamaları müxtəlif mediada dərc olunsa da, sosial mediada yeni iddia ortaya çıxıb.
HƏMAS-ın nəzarətində olan məhbuslardan biri bildirib ki, onlar Qəzzada olarkən İsrail helikopterləri onlara atəş açıb.
Araşdırma nəticəsində məlum olub ki, bu məlumatı Amerikanın CNN xəbər kanalı yayıb.
“Zorakılı görüşün sızdırılmış səsi əsirlərin Netanyahuya qəzəbini ortaya qoyur” başlıqlı məqaləsində CNN Netanyahunun israillilərlə görüşünün HƏMAS-ın yaydığı ictimai qeydləri ilə paylaşıb.
Məqalənin 4-cü bəndində İsrail helikopterinin İsrail vətəndaşlarına atəş açması iddiası yer alıb.
“Səs yazısında əri olmadan uşaqları ilə birlikdə azadlığa buraxılan bir qadının dediyi eşidilir: “Bizdə elə bir hiss var idi ki, heç kim bizim üçün heç nə etmir. Ayrıca 7 oktyabrda Qəzzaya gedən yolda bir vertolyot bizə atəş etdi”.
Bu sözlər İsrailin baş naziri Netanyahu ilə HƏMAS tərəfindən azad edilən məhbusların görüşünün sızdırılmış səs yazısının bir hissəsidir.
İsrailin məşhur xəbər saytlarından biri olan “Ynet”in paylaşdığı görüşün təfərrüatlarından məlum olub ki, Netanyahu ilə görüşən məhbuslar və girovların yaxınları baş nazirin Qəzzaya endirilən hava hücumları ilə bağlı sözlərinə hiddətlə reaksiya veriblər.
Keçmiş məhbuslardan biri deyib: “Əsirlikdə olan hər gün çox çətin idi. Biz tunellərdə idik və HƏMAS-ın yox, İsrailin bizi öldürəcəyindən qorxurduq. Hər halda, o zaman deyəcəklər ki, HƏMAS bizi öldürüb. Ona görə də mən qətiyyətlə tövsiyə edirəm ki, məhbus mübadiləsinə mümkün qədər tez başlansın və hər kəs öz evinə qayıtsın”.
Gununsesi.info