İsrailli nazir Netanyahunu hədələdi: “Bütün gücümüzlə Qəzzanı əzməli, HƏMAS-ı məhv etməliyik”

  • By admin
  • 01 Dekabr 2023 17:48

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza zolağının işğalına çağırıb.

Gununsesi.info xəbər verir ki, X nazir sosial mediada etdiyi paylaşımda İsraildən Fələstin anklavına davamlı hücumlarını davam etdirməsini tələb edib.

“Biz bütün gücümüzlə Qəzzanı əzməli, HƏMAS-ı məhv etməli və Qəzza zolağına qayıtmalıyıq”, – mesajda deyilir.

Bundan əvvəl Ben-Qvir Qəzzada dekabrın 1-də səhər saatlarında başa çatan “humanitar atəşkəsdən” narazılığını bildirmişdi.

İsrailli nazir həmçinin Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya hökuməti Qəzzaya hücumları bərpa etməkdən imtina edərsə, onu parçalayacağı ilə hədələyib.

Gununsesi.info