İsrailli nazir: “Fələstinlilər elektrikli oturacaqda edam edilməlidir”

  • By arzu
  • 01 Fevral 2023 15:34

İsrailin radikal sağçı Milli Müdafiə Naziri Ben Qvir İsrail vətəndaşlarına hücum gerçəkləşdirən Fələstin vətəndaşlarının edam edilməsi cəzasının önünü açmağa çalışacaq.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, nazir bununla bağlı qanun təklifi hazırladıqlarını söyləyib. İsrail Parlamentində (Knesset) “Yəhudi Gücü” partiyasının qrup toplantısında etdiyi çıxışda hücum edənlərlə bağlı “fələstinlilərin elektrikli oturacaqda edam edilməlidirlər” ifadəsini işlədib.

HTML tutorial

Nazir bununla bağlı qanun təklifinin qəbul ediləcəyinə ümid etdiyini söyləyib.

Xatırladaq ki, 2023-cü ilin başlanğıcından İsrail tərəfi 35 fələstinlini qətlə yetirib. Buna cavab olaraq Qüds şəhərində Fələstin tərəfi 7 israil vətəndaşını öldürüb.

 

Tərcümə: Arzu S.

Gununsesi.info