

İsrailin müdafiə naziri Aviqdor Liberman Fransada yaşayn yəhudiləri təcili olaraq bu ölkədən çıxmaq barədə çağırış edib.
Gununsesi.info “The Jerusalem Post”-a istinadən xəbər verir ki, israilli nazirin belə bir çağırış etməsinə səbəb Yaxın Şərqdəki münaqişələrin sülh yolu ilə bağlı təşkil olunacaq konfransın Parisdə keçirilməsidir. “Fransada yaşayan yəhudilərə bu fikri deməyin zamanı gəldi: bu ölkə nə sizin vətəninizdir, nə də torpağınız. Odur ki, burabı tərk etməyin zamanı çatıb”- deyə, A. Liberman vurğulayıb.
İsrailli nazir Parisdə təşkil olunacaq konfransı “İsrailə qarşı tribunal” kimi dəyərləndirib.
Qeyd edək ki, İsrail Fransadan bu konfransın ləğv edilməsini təklif etsə də, onun bu tıklifi qəbul olunmayıb. Bu konfransda İsrail-Fələstin münaqişəsinin nizamlanması müzakirə olunacaq.
Gununsesi.info