İsrailli nazirdən Netanyahuya xəbərdarlıq: “Bu razılaşma rədd edilsə, hökumət dağılacaq”

  • By admin
  • 30 Yanvar 2024 12:47

İsrailin Qəzzaya hücumları fonunda atəşkəs üçün danışıqlar davam edir.

Gununsesi.info xəbər verir ki, vasitəçi ölkələr HƏMAS və İsrailə yeni əsir mübadiləsi və atəşkəs razılaşmasını təqdim edib.

İsrailin milli birlik naziri Çili Tropper Baş nazir Benyamin Netanyahu Qəzzada Həmas girovlarının azad edilməsinə dair məqbul razılaşmanı rədd edərsə, İsrailin fövqəladə müharibə hökumətinin dağılacağı barədə xəbərdarlıq edib.

“Sky News Arabia” xəbər saytının məlumatına görə, İsrail, ABŞ, Qətər və Misir rəsmiləri dünən Fransanın paytaxtı Parisdə əsir mübadiləsi ilə bağlı görüş keçirib. Xəbərdə əsir mübadiləsi müqabilində İsrail və HƏMAS-a 4 aylıq atəşkəs razılaşmasının təqdim edildiyi öyrənilib.

Gununsesi.info