İsrail vətəndaşlarının 2019-ci ilin yanvar-iyul ayları ərzində ən çox səfər etdiyi xarici ölkə şəhərlərinin siyahısı açıqlanıb.
Gununsesi.org xəbər verir ki, bu barədə məlumatı İsrailin nüfuzlu gündəlik qəzeti “Ynet” ölkənin “Amadeus” şirkətinə istinadən açıqlayıb. Şirkətin məlumatına görə (,) Bakı 2018-ci ilə nisbətdə 29% artımla İsrail vətəndaşlarının ən çox üz tutduğu şəhərlər sırasında ilk 10-luqda qərarlaşıb.
İlk 10-luğa, həmçinin Rusiyanın, Gürcüstanın, Bolqarıstanın, Kiprin və Yunanıstanın şəhərləri də daxil olub.
Qeyd edək ki, 2018-ci ildə İsraildən Azərbaycana gələnlərin sayı 40 082 nəfər təşkil edib. Bu ilin yanvar-iyul aylarında isə Azərbaycana 24 464 İsrail vətəndaşı səfər edib.
Gununsesi.org