“İşsiz kimi qeydiyyata alınan şəxslərə yenə 190 manat birdəfəlik ödəmə verilməlidir” – İqtisadçı alim

  • By admin
  • 19 İyun 2020 10:32

“Sərt karantin rejimi uzadılırsa, əhaliyə bu güzəştlər edilməlidir”.

Gununsesi.org xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu iyunun 21-dən tətbiq edilən sərt karantin rejimindən danışarkən deyib.

 

“Əvvala biznes üçün yalnız açılış deyil, həm də bağlanış da əlavə xərclər yaradır. Nədən bir neçə dəfə açılış-bağlanış edib, onsuz da pis vəziyyətdə olan azad biznesi məhv edirsiniz? Axı niyə kimlərinsə səriştəsizliyi və səbatsızlığı ucbatından biznes 2 dəfə bağlanış və 2 dəfə də açılışa məsrəf etməlidir?
Əgər sərt karantin rejimi uzadılırsa, əhali evdə qalmalıdırsa, onda iyun və iyul ayları üçün əhaliyə aşağıdakı güzəştlər edilməlidir:
– Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsini;
– Haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğunu;
– Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini;
– Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsini;
– Əhaliyə güzəştli işıq limitinin 100 kvts. həcmində artırılmasını təmin edin”.
Professor Qubad İbadoğlu bildirib ki, əgər bunlar həyata keçirilməsə, gerçəkdən təlatüm gözlənilir: “Bəri başdan xəbərdarlıq edirəm”.

 

Gununsesi.org