İşsiz qadın tapdığı 10 min avronu polisə verdi

  • By admin
  • 12 Noyabr 2018 13:33

Almaniyada uzun zamandır işsiz olan 51 yaşındakı mühacir türk Şükriye Başol yerdən tapdığı 10 min avronu polisə verib.

Gununsesi.org AzEuroNews.com-a istinadən  xəbər verir ki, Almaniyanın Münhen şəhərində bir banka gedən Ş.Başol yerdən bir zərf tapıb. Zərfi açınca içində pul olduğunu görən Ş.Başol yaxınlıqdakı dəftər-kitab ləvazimatları satılan bir mağazaya gedərək satıcıdan polisə zəng vurmasını xahiş edib.

Daha sonra polislə idarəyə gedən türk qadın tapdığı pulları onlara təslim edib. Polisdən bildirilib ki, zərfin içində 10 min avro olub.

Polislər Şükriye Başola bu addımına görə minnətdar olduqlarını bildiriblər.

51 yaşındakı qadın isə, “Mən sadəcə bir insan olaraq vəzifəmi yerinə yetirdim” deyib.

Gununsesi.org