“Qanunvericiliyə əsasən, işçi işdən azad edilərkən, həmçinin müddətli əmək müqaviləsi başa çatdığı və ya çalışdığı dövlət qurumu ləğv olunduğu halda işsizlikdən sığorta almaq hüququna malikdir”.
Gununsesi.info Oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Baku TV-yə açıqlamasında bildirib.
O qeyd edib ki, işsizlikdən sığortaya görə ödəniş ilk dəfə və yenidən müraciət edənlər üçün fərqlidir.
“Sığorta ödənişi üçün ilkin müraciət müddəti 6 aydır. Qanunvericilikdə işsizlikdən sığortaya görə ödənişin məbləği də müəyyənləşdirilib. Sığorta alan vətəndaşlara əlavə olaraq hər uşağa görə 5 faiz ödəniş də nəzərdə tutulur”, – deyə millət vəkili əlavə edib.
Daha ətraflı süjetdə:












