İşsizlərə verilən sığorta ödənişinin müddəti uzadıldı

  • By admin
  • 23 İyun 2020 15:25

Azərbaycanda yeni növ koronavirus pandemiyası ilə əlaqədar işsizlərə verilən sığorta ödənişinin müddəti uzadılıb.

Gununsesi.org xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 129 nömrəli Qərarının 1-ci hissəsi aşağıdakı redaksiyada verilir:

“2020-ci il 1 aprel tarixindən etibarən işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi iki ay, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün ödənişi isə 2020-ci il 1 iyul tarixinədək olan müddətə davam etdirilsin.

Gununsesi.org