İşsizlikdən Sığorta Fondunun büdcəsi təzələndi

Milli Məclis “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi layihəsini qəbul edib.

Gununseai.info xəbər verir ki, deputatlar layihənin səsə qoyulmasını təklif edib.

HTML tutorial

Qeyd edək ki, dəyişikliklər əsasən rəqəmlərlə bağlıdır.

Dəyişikliyə əsasən “2021-ci ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti” sözləri “Əvvəlki illərdə işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitindən cari ilin xərclərinə yönəldilən məbləğ” sözləri ilə, “43 907 060,0” rəqəmləri “37 983 336,0” rəqəmi ilə əvəz edilir.

Eyni zamanda 3. 3-cü maddənin 5-ci hissəsində “2 500 000,0” rəqəmi “3 500 000,0” rəqəmləri ilə əvəz olunur.

Gununsesi.info