
Türkiyədə hərbi çevrilişə cəhd zamanı həlak olanların yaxınlarına dair yeni qanun qüvvəyə minib.
Gununsesi.info yerli KİV-lərə istinadən xəbər verir ki, fövqəladə hal çərçivəsində qəbul edilən 678 saylı Qanun Hökmündə Fərmanla Əsgərlik haqqında qanuna dəyişiklik edilib. Belə ki, FETÖ-nün hərbi çevriliş cəhdinin qarşısını almağa çalışanlar, vəzifəsi olmadığı halda mane olmağa çalışarkən şəhid olanların övladları və qardaşları istəmədikləri təqdirdə hərbi xidmətə çağırılmayacaqlar. Eyni zamanda artıq hərbi xidmətdə olanlar istədikləri vaxtda tərxis olunacaqlar.
Yeni dəyişikliklər Türkiyə Cumhuriyyətinin Rəsmi qəzetində dərc olunaraq qüvvəyə minib.
Gununsesi.info