Azərbaycanda seçkilər yüksək təşkilatçılıqla seçilib - deputat Ramaz Nikolayşvili

  • By ilhame
  • 07 Fevral 2024 21:39

“Bu Azərbaycanda işğal olunan ərazilərin azad edilməsindən, ölkənin öz suverenliyini bərpa etməsindən sonra ilk seçkilərdir. Bu mənada Azərbaycan Prezidentini təbrik edirəm.

 

Gununsesi.info xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının Azərbaycandakı növbədənkənar prezident seçkilərini müşahidə edən missiyanın tərkibinə daxil olan gürcü deputat Ramaz Nikolayşvili deyib.

 

Onun sözlərinə görə, seçkilər texniki cəhətdən çox yüksək səviyyədə təşkil olunub:

 

“Mən onu regionun lideri olaraq görürəm. Onun Azərbaycan xalqı üçün gördüyü işləri lazımınca qiymətləndirməyinizi istəyirəm. Mən öz ölkəmdə belə bir prezident olmağını istərdim. İmkanım olsaydı, mən də ona səs verərdim”.

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri çox yüksək səviyyədə təşkil olunub, bu uğur münasibətilə ölkə hökumətini təbrik edirik”.

“Biz təkcə Azərbaycanda deyil, digər ölkələrdə də bir çox seçkilərin monitorinqini aparmışıq. Qeyd etmək istərdim ki, bugünkü seçkilər texniki baxımdan ən uğurlu təşkil olunmuş seçkilərdən biri idi. Hər bir seçki məntəqəsində buna əmin olduq. Dünən MSK sədri ilə keçirilən görüş zamanı bizə deyilən, vəd edilən sözlərə seçki prosesində tam əməl olunduğunu gördük”, – o bildirib.

 

QDİƏT PA müşahidə missiyasının üzvü Azərbaycan Prezidenti İlham Əliyevi regionun lideri olaraq gördüyünü açıqlayıb: “İstərdim ki, Azərbaycan xalqı onun etdiklərini yüksək səviyyədə dəyərləndirsin. İstərdim ki, bizim ölkəmizdə də belə lider olsun. Hətta deyim ki, imkanım olsaydı, səsimi ona verərdim”.

 

R.Nikolaişvili onu da xatırladıb ki, Azərbaycanda müstəqillik tarixində ilk dəfə suveren Azərbaycanın bütün ərazisində seçkilər keçirilib. Gürcüstanlı deputatın sözlərinə görə, seçkilərin belə yüksək səviyyədə təşkilində ölkə Prezidenti İlham Əliyevin də böyük rolu olub.

Gununsesi.info