“İstəsələr əfvi təşkil edə bilərlər” - ARZU ABDULLAYEVA

  • By admin
  • 12 Dekabr 2016 17:58

arzu

“Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə əfvin veriləcəyi haqda bir söz deyə bilmərəm. Çünki bu haqda heç nə eşitməmişəm. Ancaq istəsələr əfvi təşkil edə bilərlər”.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri, hüquq müdafiəçisi Arzu Abdullayeva deyib.
Hüquq müdafiəçisi qeyd edib ki, bu məsələylə bağlı  Prezident yanında Əfv Komitəsi işləyir: “Onların müvafiq siyahıları var və daima onlara müxtəlif müraciətlər edilir”-,deyə o bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info