Yaşamaq üçün insan qida qəbul etməlidir. Qidadan biz orqanimin yaşaması və normal fəaliyyəti üçün lazım olan maddələri (zülallar, karbohidratlar, yağlar, vitaminlər, minerallar və s.) alırıq.
İnsan orqanizmində qidalı maddələrin səviyyəsi aşağı düşdükdə beyin bu haqda məlumat alır və insan aclıq hiss etməyə başlayır. İştahanı hipotalamus (beyinin hissəsi) kontrol edir.
Aclıq normal fizioloji hissdir, orqanizmin müdafiə reaksiyasıdır. Lakin bəzən iştahanın patoloji artması müşahidə oluna bilər. Buna “polifagiya” deyilir.
Bəzən polifagiya müxtəlif səbəblərə görə tam sağlam insanlarda inkişaf edə bilər. Qadınlarda bu bir çox hallarda menstrual dövrlə, hamiləlik, laktasiya ilə bağlı ola bilər.
Yeniyetməlik dövründə uşaqlarda iştahanın kəskin artması ola bilər. Bu müddət ərzində uşağın orqanizmi çox tez inkişaf edir, boy atır. Bu isə əlavə qidalı maddələrə ehtiyac yaradır.
Siqaret çəkməkdən imtina edən insanlarda da iştahanın kəskin artması mümkündür. Bəziləri məhz artıq çəkinin yığmasından qorxaraq siqaret çəkməkdən imtina etmir. Bu çox səhv yanaşmadır. İştaha bir müddətdən sonra normallaşacaq, lakin siqaret çəkməyin orqanizmə olan zərəri insan həyatını 10 ilə qədər qısalda bilər.
Bəzi dərman preparatların qəbulu (hormonlar, allergiya əleyhinə dərmanlar, vitaminlər və s.) iştahanın artmasına səbəb ola bilər. Müalicə həkiminiz sizi bu haqda məlumatlandırmalıdır.
Yuxusuzluq iştahanın artmasına səbəb olur. Bu səbəbdən diyetoloqlar arıqlamaq istəyən insanlara gecə 8 saatdan az olmayaraq yatmağı tövsiyə edirlər.
Bəzi hallarda polifagiya ciddi xəstəliyin simptomu ola bilər. Bu səbəbdən bu simptoma etinasız yanaşmayın.
İştahanın artmasının 10 TƏHLÜKƏLİ SƏBƏBİ
- By admin
- 02 İyul 2016 14:15
DİGƏR XƏBƏRLƏR
-
20 Yanvar 2025 12:32
Xroniki yorğunluğun yeni səbəbi tapıldı
-
19 Yanvar 2025 10:42
Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər
-
18 Yanvar 2025 14:50
Ət və yumurtadan yoluxan dəhşətli xəstəlik
-
18 Yanvar 2025 09:13
Linzalar düzgün necə istifadə olunmalıdır?
-
17 Yanvar 2025 10:40
İspaniyanın ən yaşlı qadını uzun ömrünün sirrini verdi
-
16 Yanvar 2025 12:24
Gündə cəmi üç fincan yaşıl çay və yaddaş problemini unudun
-
15 Yanvar 2025 17:11
Mövsümi xarakter daşıyan qrip virusundan necə qoruna bilərik?
-
15 Yanvar 2025 12:01
Tufts Universiteti aşkar etdi:
-
15 Yanvar 2025 08:28
Üzüm şirəsinin kişilər üçün əvəzolunmaz faydası
-
13 Yanvar 2025 10:38
Təbiətin ən güclü dəmir mənbəyidir
-
10 Yanvar 2025 22:38
Darçınlı suyun faydası
-
09 Yanvar 2025 18:11
Bu qan qrupu infakrtdan qoruyur