İstanbul aeroportunda uçuşlar təxirə salındı

  • By admin
  • 24 Yanvar 2022 16:12

İstanbul hava limanında uçuşlar Bakı vaxtı ilə 19:00-a qədər dayandırılıb.

Gununsesi.info “TRT Haber”ə istinadən xəbər verir ki, uçuşların dayandırılmasına səbəb güclü qar yağması olub.

Təyyarələrin uçuş və eniş zolağı qardan təmizləndikdən sonra reyslər bərpa olunacaq.

Bildirilir ki, Sabiha Gökçen hava limanında da bəzi uçuşlar daha sonraya təxirə salınıb.

 

Gununsesi.info