İstanbul Böyükşəhər Bələdiyyəsi ətrafında yollar bağlandı

  • By Günel
  • 21 Mart 2025 19:26

İstanbul Böyükşəhər Bələdiyyəsinin binasının ətrafındakı yollar bağlanıb.

Gununsesi.info “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə İstanbul Valiliyi qərar qəbul edib.

Bildirilib ki, 21 mart saat 14:00-dan 22 mart saat 14:00-a qədər nəqliyyatın hərəkəti üçün yollar bağlı olacaq.

Qeyd edək ki, İstanbuldan sonra Türkiyənin Ankara və İzmir şəhərlərində də mətbuata açıqlamalar və aksiyalar qadağan edilib.

Gununsesi.info