İstanbul-Bursa yolu bağlandı – şiddətli yanğın FOTO/VİDEO

  • By admin
  • 28 Fevral 2021 19:33

Türkiyənin Bursa şəhərində, Osmanqazi ilçəsinin Yeni Yalova küçəsində böyük yanğın baş verib.

“Haber Global”ın məlumatına görə, hadisə nəticəsində havaya qalxan tüstü yaxınlıqdakı avtomobillərin hərəkətinə əngəl törədib. Məhz bu səbəbdən ölkənin magistral yollarından biri – İstanbul-Bursa avtomagistralında hərəkət məhdudlaşdırılıb.

Hadisənin baş vermə səbəbləri hələ ki məlum deyil. Ərazidə yanğınsöndürmə briqadaları çalışır.

Gununsesi.info