İstanbul Hava Limanı fevralın 26-dan martın 3-dək Avropanın ən işlək hava limanı kimi tanınır. Türkiyə hava limanı gündə orta hesabla 1321 reys həyata keçirib.
Gununsesi.info xəbər verir ki, Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (Eurocontrol) fevralın 26-dan martın 3-dək Avropada aviasiyanın vəziyyəti haqqında hesabatını dərc edib.
Hesabata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündəlik orta hesabla 1321 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.
İstanbul hava limanını gündəlik 1283 uçuşla London Hitrou, 1266 uçuşla Amsterdam Şiphol, 1169 uçuşla Paris Şarl de Qoll və 1131 uçuşla Frankfurt hava limanı izləyir.
Gununsesi.info