İstanbul Hava Limanında görünməmiş sıxlıq- MİNLƏRLƏ İNSAN ZƏLZƏLƏ BÖLGƏSİNƏ YARDIMA TƏLƏSİR

İstanbuldan zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə qoşulmaq istəyən minlərlə yardım könüllüsü İstanbul hava limanına axın edib. Fəlakət bölgəsinə getmək üçün az qala bir-biri ilə yarışan könüllülər terminalda uzun növbələr yaradıblar.

Gununsesi.info xəbər verir ki, Kahramanmaraşda baş verən zəlzələlərdən sonra İstanbul başda olmaqla müxtəlif şəhərlərdən axtarış-xilasetmə qrupları ilə yanaşı AFAD könüllüləri də zəlzələ bölgəsinə hərəkət edib.

HTML tutorial

Aeroporta axışdılar

İstanbul valisi Əli Yerlikaya saat 00.30-a qədər İstanbuldan 6 min 718 personal və AFAD könüllülərinin 41 təyyarə ilə bölgəyə göndərildiyini açıqlayıb. Eyni zamanda İstanbul Hava Limanında gözləyən minlərlə yardım könüllüsü Adana, Hatay, Kahramanmaraş, Malatya, Qaziantep, Adıyaman və Diyarbəkirə getmək üçün bir-biri ilə yarışıb. Könüllülər uzun növbələr yaradıblar. Zaman zaman hava limanında yaşanan izdihama qruplar müdaxilə edib.

Peşəkar komandalara və səhiyyə işçilərinə üstünlük verildi. Zəlzələ bölgəsinə yardım könüllülərinin göndərilməsi THY-nin təyyarələri ilə fasiləsiz olaraq davam edir. Digər tərəfdən, Albaniyadan İstanbul Hava Limanına gələn əsgərlərin də olduğu 50 nəfərlik axtarış-xilasetmə qrupu THY-nin təyyarəsi ilə Adanaya köçürülüb. (Turkustan.az)

Binlerce yardım gönüllüsü İstanbul Havalimanı'na akın etti

Binlerce yardım gönüllüsü İstanbul Havalimanı'na akın etti

Binlerce yardım gönüllüsü İstanbul Havalimanı'na akın etti