
İstanbulda törədilmiş terror aktında ölən və yaralananlar arasında Azərbaycan Respublikasının vətəndaşlarının olub-olmaması faktı Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tərəfindən Türkiyənin müvafiq dövlət orqanları ilə araşdırılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Gununsesi.info-ya bildirib ki, istanbulda törədilmiş terror aktında yaralananlar arasında Azərbaycan vətəndaşı olan bir qadının olması barədə məlumat daxil olub.
- Hacıyev deyib ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu həmin şəxsin kimliyini araşdırır və Türkiyənin müvafiq qurumları ilə təmasları davam etdirir.
Gununsesi.info