İstanbul partlayışını terrorçu qadın törədib

  • By admin
  • 09 İyun 2016 10:53

istanbul_blast_120714

İyunun 7-də İstanbulda baş vermiş partlayışın terrorçu qadın tərəfindən törədilməsi bildirilir. Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin “Hurriyet” qəzeti yazıb.

HTML tutorial

Qəzetin verdiyi məlumata görə, həmçinin həmin terror hadisəsini planlaşdırmış şəxslərin şəxsiyyəti də müəyyənləşdirilib. Lakin təhlükəsizlik səbəbindən onların adları hələ açıqlanmır.

Qeyd edək ki, iyunun 7-də səhər saatlarında İstanbulda baş vermiş partlayış zamanı 12 nəfər ölüb, 35 nəfər yaralaınb. Türkiyənin baş naziri Binəli Yəldırım bu partlayışın arxasında PKK terror təşkilatının durduğunu bəyan etmişdi.   (Trend)