
Türkiyədə hərbi çevrilişə cəhddən sonra prezident Rəcəb Tayyib Ərdoğan təhlükəsizliyin gücləndirilməsi məqsədilə bir sıra əmrlər verib.
“Gununsesi.info” xəbər verir ki, baş verən hadisələrdən sonra Rəcəb Tayyib Ərdoğan Türkiyə səmasında patrul uçuşların keçirilməsi barədə əmr verib. Məlumata görə, F-16 qırıcı təyyarələrinin həyata keçirəcəyi patrul uçuşları Türkiyənin bütün ərazisini əhatə dəcək. Bildirilir ki, uçuşlar hava məkanına nəzarət etmək və təhlükəsizliyinin qorunması məqsədilə həyata keçirilir.
Gununsesi.info