İstanbul təhlükə qarşısında – Su anbarları qurudu

Türkiyənin İstanbul şəhərini şirin su ilə təmin edən Kazandərə və Pabuçdərə su anbarlarında suyun səviyyəsi kritik aşağı səviyyəyə enib.

Gununsesiaz.info xəbər verir ki, bu barədə İstanbulun Sutəchizatı və Kanalizasiya İdarəsindən bildirilib. 

“Kazadərənin su ehtiyatı 8,54%, Pabuçdərənin isə 2,46% təşkil edir”, – məlumatda deyilir.

Qeyd edilir ki, aprelin əvvəlində bu göstərici müvafiq olaraq 36,65% və 23,47% təşkil edib.

Ekspertlərin fikrincə, bu, qış aylarında yağntıların az olması ilə əlaqədardır.

Gununsesiaz.info