İstanbul terrorçusunun yazışmaları üzə çıxdı

  • By arzu
  • 18 Noyabr 2022 17:21

Türkiyə məhkəməsi günlər öncə İstanbulda törədilən terror hücumunun planlaması ilə bağlı önəmli detalları üzə çıxarıb.

 

HTML tutorial

Gununsesi.info Türkiyənin məşhur “TRT Haber” telekanalına istinadən xəbər verir ki, Türkiyənin hüquq-mühafizə orqanları noyabrın 13-də İstanbulun İstiqlal küçəsindəki terror törədən şəxsin yazışmalarını ələ keçiriblər. Bombalı hücumçunun terror olayını gerçəkləşdirmək üçün qurduğu plan üzə çıxarılıb. Məlumata görə, terrorçu Əhlam əl-Bəşir terror planını son anda dəyişdirib. İstanbulun Cümhuriyyət Məhkəməsinin apardığı istintaq zamanı hücumla bağlı yeni detallar açıqlanıb.

 

Belə ki, qaçmış fərarı şübhəli “B” adlı terrorçu qldığı Əsənlərdəki toxuculuq atelyesindi işlədən Fərhad H və Fatma B. adlı şəxsin də terrorla bağlantılı olduğu üzə çıxarılıb. Hətta Fərhad B. adlı şəxsin özünün sosial media hesabında terror propaqandası etməsi, terrorçu Əhlam əl-Bəşiri öz evində qonaq etməsi üzə çıxarılıb.

Boçbalı hücumçu ilk ərazi kəşfini yanında götürdüyü 14 yaşlı uşaqla edib. O çevrəsindəkilərin diqqətini çəkməmək üçün 14 yaşlı oğlunu da özü ilə götürüb. Əlindəki saatlı bomba ilə bankda əyləşən terrorçunun törətdiyi əməllə bağlı taksiçi ilə yazışmalarında isə onun bu hücumu 12 noyabrda edəcəyi və son anda planını dəyişdirdiyi təsbit edilib.

Tərcümə:

Arzu Sayadoğlu.

Gununsesi.info