İstanbul yenə qan gölünə döndü -FOTO

  • By admin
  • 07 İyun 2016 10:57
ter2
Türkiyənin İstanbul şəhərində avtobus dayanacağının yaxınlığında partlayış baş verib, xəsarət alanlar var. Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
Məlumata görə, partlayış İstanbulun Vezneciler rayonunda baş verib. Hadisə yerinə polis və təcili tibbi yardım maşınları gəlib.
Gununsesi.info Türkiyə mediasına istinadən bildirir ki, dayanacaqda baş verən partlayışda ölənlər var, yaralananların qeydə alınması davam edir.
İlkin məlumata görə, teraktın hədəfi çevik polis alayının əsgərləri olub. Onlar partlayışdan bir neçə saniyə əvvəl avtobus dayanacağının önündən keçiblər. Bununla belə, polisləri daşıyan avtobus da partlayış zamanı zədələnib.
terroe