İstanbulda əməliyyat: 58 NƏFƏR HƏBS OLUNUB

  • By admin
  • 09 Fevral 2017 10:22

16699997_401597296899135_442091508_n

Türkiyənin İstanbul şəhərində polisin təşkil etdiyi əməliyyat nəticəsində 58 şübhəli saxlanılıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhər saatlarından  başlayan əməliyyat şəhərin müxtəlif səmtlərində davam etdirilib. Şübhəlilərin olduğu yerlərdə axtarış aparan polislər çox sayda “Molotov kokteyli”, tapança, fişəng, pnevmatik tüfəng, 100 qram kokain, 2 litr benzin, eləcə də təşkilata aid jurnal, kitab, qəzet, sənəd və rəqəmsal vəsaitlər ələ keçiriblər.

Qeyd edək ki, saxlanılanların PKK və KCK terror təşkilatlarının üzvüləri olduğu bildirilib.

Anar

Gununsesi.info