
Əsrlərdir bir çox mədəniyyəti özündə birləşdirən İstanbul sevgiləri də böyüdən şəhərdir. Evlənən gənclər son illərdə fotosessiya üçün İstanbulun tarixi və təbii məkanlarına üz tuturlar.
Toy həyatınızın ən önəmli mərhələlərindən biridir. Buna görə də unudulmaz və özəl olmalıdır. Hər bir cütlük üçün vacib elementlərdən biri gəlinlik və bəy kostyumunda çəkilən fotoşəkillərdir. İstanbulda yaşayanlarla yanaşı, yaşamayanlar da şəkillərini burada çəkdirməyi üstün tutur.
Məşhur fotoqraf Cem Türkmən maşın mühəndisliyini bitirib, lakin oxuduğu deyil, arzu etdiyi işi görmək üçün peşəsini buraxıb. Onun çəkdiyi fotoşəkillər məşhur fotoqraf Ara Gülər tərəfindən kəşf edilib. Türkmən beynəlxalq “FearlessWeddingPhotographers”in məhdud sayda türk fotoqrafları arasındadır. Onun fikrincə, fotoşəkillərin hər biri bir hekayədir və gəlin ilə bəy bu hekayənin baş qəhrəmanlarıdır.
Fotoqrafın sözlərinə görə, İstanbulda hər şəklin çəkiləcəyi vaxt fərqlidir. Günəş işığından küləyə, yağışa qədər bir çoc vacib amillər var. Cem Türkmən fotoşəkillərin çəkilmə zamanını deməsə də, İstanbulda ən gözəl yerləri bildirib.Məşhur fotoqrafın toy fotoşəkillərinin mükəmməl alınması üçün verdiyi məsləhətləri sizə təqdim edirik.
*Əgər fotoşəkillərinizin İstanbulun hər zərrəsini yansıtmasını istəyirsizsə, ilk ünvanınız Tarixi Yarımada olmalıdır.
* İhlamur Qəsri, Küçüksu və Hidiv qəsrləri hər mövsümün bütün gözəlliklərini bir başqa əks etdirdiyinə görə ən möhtəşəm məkanlar sırasındadır. Xüsusən də payız və yaz mövsümlərində qəsrlərə getsəniz, saralmış yarpaqların arasında romantik toy fotoşəkilləriniz olar.
* Son dönəmlərdə diqqət çəkən məkanlar arasında Atatürk Botanika Bağı, Fənərbaxça Parkı, Yıldız Parkı və Emirgan Qoruğu xüsusi yer tutur.
* Şile sahilində həm təbii, həm də bir-birindən gözəl toy fotoşəkillərinə sahib ola bilərsiz. Bu zaman bəyaz tüldən paltar geyinərək gözəl bir yay gəlini ola bilərsiniz.
* Məsləhət görülən yerlər arasında adalar da var. İstanbulun tarixini və özünəməxsus xüsusiyyətlərini əks etdirən yer axtarsanız, adalara gedə bilərsiniz.

Nigar Cəfərli
Gununsesi.info












