İstanbulda 989 nəfər şübhəlidən 758-i azad edilib

  • By admin
  • 30 İyul 2016 11:13

adelet

 

HTML tutorial

Türkiyə Baş Prokurorluğunun İstanbulda icra edilən istintaqı zamanı həbs olunanlardan aralarında hərbi tələbələrin də olduğu 989 nəfərdən 758-nin vəkillərinin tələbinə əsasən təxliyəsinə qərar verilib.

Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, prokrorluqda Fətullahcı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdiylə bağlı aparılan istintaq çərçivəsində həbs olunanlardan aralarında hərbi tələbələrin də olduğu 758 nəfəin vəkillərinin tələbinə əsasən təxliyyəsinə qərar verilib.

Belə ki, ifadə alan prokuror heyəti aralarında Kulelidə oxuyan hərbi tələbələrin də olduğu 758 nəfərin hamısının təxliyyyəsini tələb edib. Tələbi qiymətləndirən İstanbul 1. Sülh Cəza Məhkəməsi onların ittiham edildiyi cinayətlərdə hansı formada iştirak etdiklərini dəqiqləşdirdikdən sonra həbslərinin tələb edilməsini, ölkənin hazırkı vəziyyətini, şübhəlilərin dəyişməyən mövqelərini nəzərə alaraq, sövq edildikləri tarixdən etibarən həbslərinin bəlli müddətə müəyyənləşdirildiyini bildirib. Məhkəmə və prokurorun onları yenidən müdafiə etməsi şübhəlilərin sabit mövqe nümayiş etdirməsi, istintaqın gəldiyi mərhələ və mövcud dəlillərin vəziyyətinin nəzərə alınması ilə həbs qətimkan tədbirinin artıq gərəksiz olduğunu deyərək, ağır cinayət şübhəsini göstərən faktların aradan qalxdığı, qaçma şübhəsi olmadığı və dəlillərin toplanması səbəbiylə dəlil gizlətmə şübhələrinin də olmaması səbəblərini də nəzərə alınaraq, 758 nəfərin ayrı-ayrılıqda təxliyyəsinə qərar verib. Digər tərəfdən, 231 nəfərin həbsdə qalması hələ ki, davam edir.

Gülnaz Qənbərli

Gununsesi.info