
İstanbulun Kadıköy səmtində iki metrobus toqquşub.
“Qafqazinfo” Habertürk-ə istinadən xəbər verir ki, hadisə zamanı 3-ü ağır olmaqla 29 sərnişin yaralanıb.
Hadisə yerinə təcili yardım və polis maşınları cəlb edilib. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Polis hadisə yerində araşdırma aparır.
https://www.youtube.com/watch?v=LkITg1GMnZY
Gununsesi.info