Türkiyənin İstanbul şəhərinin Güngören rayonunda hərəkətdə olan avtomobilin durmuş nəqliyyat vasitəsinə çırpılması nəticəsində bir nəfər ölüb, beş nəfər isə yaralanıb.
Gununsesi.info İHA-ya istinadən xəbər verir ki, durmuş avtomobilə çırpılmasının təsirindən mühərriki alovlanan nəqliyyat vasitəsinin sürücüsü ilişib qaldığı yerdən xilas edilsə də, o, aparıldığı xəstəxanada keçinib.
Agentlik qeyd edib ki, hər iki avtomobildə yaralanmış beş nəfərin müalicəsi davam edir.
Gununsesi.info