İstanbulun Ümraniye şəhərində bir kişi vətəndaş nikahında olduğu qadını və onun iki qızını güllələyib.
Gununsesi.info xəbər verir ki, bununla bağlı “NTV” məlumat yayıb.
Bildirilib ki, qətllər eyni yaşayış kompleksində iki ayrı mənzildə törədilib.
Kişinin əvvəlcə tək yaşayan gənc qızı öldürdüyü, daha sonra isə ana və onunla birgə yaşayan qızını qətlə yetirdiyi qeyd olunub.
Məlumata görə, həmin şəxs hadisəni törətdikdən sonra qaçıb. Onun axtarışları davam edir.
Gununsesi.info