İstanbulda “Böyük Fələstin Mitinqi” keçirilir – VİDEO

İstanbulda “Böyük Fələstin Mitinqi” keçirilir.

Gununsesi.info xəbər verir ki, on minlərlə insan İsrailin Qəzzadaki hərbi əməliyyatlarına etiraz olaraq İstanbul Atatürk Hava Limanında toplanaraq Fələstin xalqına dəstəyini nümayiş etdirir.

Mitinq meydanında qurulan nəhəng səhnənin qarşısına qoca-cavan minlərlə insan toplaşıb. Qeyri-hökumət təşkilatlarının üzvləri də mitinq yerinə qrup halında gəlirlər.

Mitinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxış etməsi gözlənilir. Bundan əlavə, “Cümhur İttifaqı”na daxil olan siyasi partiyaların liderləri də mitinqdə iştirak edəcəklər.

Gununsesi.info