İstanbulda dəhşət: Birlikdə yaşadığı qadını və 2 qızını öldürdü

  • By admin
  • 23 Fevral 2024 15:34

İstanbulun Ümraniye rayonunda dəhşətli hadisə baş verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suat Güney birlikdə yaşadığı Yasemin Ünlü və qızları Zeliha Güney (31) və Mine Güneyi (30) güllələyərək öldürüb.

Hadisə yerinə çoxlu sayda polis və tibb briqadası göndərilib. Suat Güneyin hadisə yerindən qaçdığı bildirilir.

Polisin onun ələ keçirilməsi üçün axtarışlarıdavam edir.

Gununsesi.info