Qara Dəniz Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının 25-ci ildönümüylə bağlı dövlət və hökumət başçılarının zirvə toplantısı keçiriləcək.
Gununsesi.info-ya Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, zirvə mayın 18-dən 22-də İstanbulda baş tutacaq.
Təşkilatın 25-ci ildönümü dövlət və hökumət başçılarının iştirakı ilə İstanbulun Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Sarayında təşkil ediləcək.
Tədbirdə yerli və xarici ölkələrin KİV nümayəndələrinin də iştirakı gözlənilir.
Gülnaz Qənbərli
Gununsesi.info