İstanbulda fövqəladə toplantı  - FOTO

  • By admin
  • 01 Avqust 2017 15:48

20
Bu gün Türkiyənin çağırışıyla İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərin Məscidi-Əqsa böhranını araşdırmaq məqsədi ilə fövqəladə iclası keçirilir.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən məlumatına görə, Türkiyə tədbirə ev sahibliyi edir.

Belə ki, tədbirdən öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif Əl Osaymin ilə görüşüb.

Görüşdə Məscidi-Əqsa böhranını və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, İslam Konfransı Təşkilatı (hazırda İslam Əməkdaşlıq Təşkilatı – İƏT) 1969-cu il sentyabr ayında Mərakeşdə müsəlman ölkələrinin Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısında yaradılıb. İƏT Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir, 1975-ci ildən etibarən BMT yanında müşahidəçi statusu alıb.

İslam Əməkdaşlıq Təşkilatı hazırda 57 dövləti özündə birləşdirir.

Anar
Gununsesi.info