İstanbulda güclü yanğın baş verdi -VİDEO

İstanbulda bir obyektin anbarında güclü yanğın baş verib.

Gununsesi.info “TRT Haber”ə istinadən xəbər verir ki, yanğın qısa müddət ərzində geniş əraziyə yayılıb.

HTML tutorial

Yanğın nəticəsində əmələ gələn qatı tüstünü İstanbul boğazının bir çox hissəsindən görmək mümkün olub.

Hazırda yanğını nəzarət altına almaq mümkün olub.

Hadisə zamanı ölən və yaralanan olmasa da, iş yeri tamamilə yararsız hala düşüb.

Yanğının səbəbi açıqlanmayıb.

Gununsesi.info