İstanbulda güclü yanğın: 30 avtomobil kül oldu +FOTO

  • By admin
  • 22 Noyabr 2016 14:30

avtomobil

Türkiyənin İstanbul şəhərində fabrikdə yanğın baş verib.
Gununsesi.info-nun “BirGün” qəzetinə istinadən xəbər verir ki, hadisə İstanbulun Bayrampaşa rayonunda Baltas Kilimçilər sənaye zonasında plastik məhsulları istehsal edən fabrikində baş verib.Yanğın güclü olduğundan tüstüsü İstanbulun üzərini bürüyüb. Olay yerinə çox sayda yanğınsöndürən maşın cəlb olunub.
Hadisənin baş verdiyi əraziyə təhlükəsizlik məqsədi ilə polis və təcili tibbi yardım maşınları da cəlb olunub.
Plastik məhsulları istehsal edən fabrikdə başlayan yanğın az müddətdə geniş bir əraziyə yayılıb.
Məlumata görə, yanğın, yaxınlıqdakı avtoparka da sıçrayıb, 30 avtomobil kül olub. Zaman-zaman avtoparkada partlayış səsləri eşidilir.
Hazırda yanğının baş vermə səbəbləri hələ ki, bilinmir.
Yaralıların olub-olmadığı barədə məlmat verilməyib. Yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Anar
Gununsesi.info