Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018

13 Dekabr 2017 - 09:54

İstanbulda İƏT xarici işlər nazirlərinin toplantısı başlayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda fövqəladə toplantısı keçirilir.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, ilk olaraq, İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin yığıncağı təşkil olunub.

Tədbirə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da qatılıb.

Daha sonra üzv ölkələrin dövlət başçılarının görüşü keçiriləcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə Zirvə toplantısında iştirak etmək üçün dekabrın 12-də Türkiyəyə işgüzar səfərə gedib.

ABŞ prezidenti Donald Tramp dekabrın 5-də Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanıdığını, Tel-Əvivdəki  ABŞ səfirliyinin bu şəhərə köçürüləcəyini bəyan edib. Bu səbəbdən İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan təşkilatın fövqəladə Sammit keçirilməsini təklif edib.

Gununsesi.info